“Xəzər Lənkəran” döyüşkən futbolçulara malik komandadı” - FOTO
20.11.2015 - 14:33
“Xəzər Lənkəran” döyüşkən futbolçulara malik komandadı” - FOTO

“XIII turun “Xəzər Lənkəran”la qarşılaşması çətin olacaq. Rəqib öz meydanında həmişə yaxşı oynayır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Aqil Məmmədov deyib.

 

26 yaşlı qapıçı Topaz Premyer Liqasının XIII turunun “Xəzər Lənkəran”la səfər oyunu haqda fikirlərini açıqlayıb. Klubunun rəsmi saytına danışan Məmmədov “Böyük oyun”da

3 xal qazanmaq iddiasında olduqlarını bildirib: “Xəzər Lənkəran” döyüşkən futbolçulara malik komandadı. Azarkeş dəstəyi də rəqibin tərəfində olacaq. Üstəlik, cəzalı və zədəli futbolçularımız var. Lakin bütün bunlara baxmayaraq, meydana qələbə qazanmaq üçün çıxacağıq”.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” oyunu noyabrın 22-də keçiriləcək.

0