“Heyətlə bağlı problemlərimiz var. Araz Abdullayev və Anyete zədəli, Ruslan Qurbanov isə cəzalıdı”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Kaue deyib.
Braziliyalı müdafiəçi Topaz Premyer Liqasının XIII turunun “Xəzər Lənkəran” klubu ilə keçiriləcək oyunu öncəsi fikirlərini açıqlayıb. Kaue bildirib ki, prinsipial qarşılaşmada “uğursuzluq zolağı”ndan çıxmağı hədəfləyiblər: “Lakin inanıram ki, bu oyunçularımızın əvəzinə meydana çıxan futbolçular ümidləri doğruldacaqlar. Çalışacağıq ki, Lənkərandakı uzun müddətli qələbəsizlik seriyasına son qoyaq”.
Qeyd edək ki, noyabrın 22-də “Xəzər Lənkəran” mərkəzi stadionunda keçiriləcək oyun saat 18:00-da başlanacaq.