[b]“Sizə yalan demək istəmirəm” – Samir Abasov[/b]
21.11.2015 - 20:09
[b]“Sizə yalan demək istəmirəm” – Samir Abasov[/b]

“Maraqlı oyun alındı. Biz kifayət qədər güclü komandaya qarşı oynadıq. Demirəm ki, udulası oyun idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

 

Topaz Premyer Liqasının XIII turu çərçivəsində öz meydanında “Qəbələ” ilə 2:2 hesablı bərabərə qalan “kimyaçılar”ın baş məşqçisi matçı dəyərləndirib: “Problemlərimiz var. Yenə də yaradılan qol imkanlarından istifadə edə bilmədik. Sizə yalan demək istəmirəm. Bu problemi aradan qaldırmaq üçün işləyəcəyimizi deyə bilmirəm, çünki bu tip keyfiyyətlər futbolçunun özündən olmalıdır. Heyətdə iki eynisəviyyəli qapıçı olanda onların hər birinə şans vermək lazımdı. Nodar Məmmədovun əsas heyətdə olmaması isə Bəxtiyar Həsənalızadənin qayıdışı ilə bağlıdır”.

0