[b]Roman Qriqorçuk bərabərliyi dəyərləndirdi: Utanc hissi var[/b]
21.11.2015 - 20:15
[b]Roman Qriqorçuk bərabərliyi dəyərləndirdi: Utanc hissi var[/b]

“Müdafiədə boşluqlar var idi. Əvvəlki oyunlarla müqayisədə fərqli səhvlər etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Topaz Premyer Liqasının XIII turu çərçivəsində səfərdə “Sumqayıt”la qarşılaşan “qırmızı-qaralar”ın çalışdırıcısı oyunu belə dəyərləndirib: “Misal üçün “Kəpəz”lə oyunun son dəqiqələrində bütün müdafiəçilər irəli atılmışdı. Məhz həmin vaxt bizə əks hücumdan qol vurmuşdular. Futbolçuların yerində mən də olsaydım hücuma atılardım. Həmin məğlubiyyətdən sonra futbolçulara heç nə deməmişdim. Amma bu gün olan səhvlərə görə utanıram, utanc hissi var. Oyunun ilk 15 dəqiqəsində olan səhvləri qarşısına böyük hədəflər qoyan komanda etməməlidir. Düşünürəm ki, belə səhvlər 10 oyundan bir ola bilər ki, bu da oldu. İlk qolda çox kobud səhvimiz vardı”. 

0