[b]Qurban Qurbanovun qələbə şərhi[/b]
21.11.2015 - 22:42
[b]Qurban Qurbanovun qələbə şərhi[/b]

“Çox vacib 3 xal qazandıq. Oyun bizim üçün ağır keçdi, rəqib yaxşı müdafiə olundu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Topaz Premyer Liqasının XIII turu çərçivəsində “Kəpəz”i məğlub edən ağdamlıların çalışdırıcısı matçı şərh edib: “Matçın son 15 dəqiqəsində açıq futbol gördük və bizim işimiz bir qədər rahatlaşdı. Düşünürəm ki, Şahin müəllim çox yaxşı bir oyun qurmuşdu. Ümumiyyətlə, son vaxtlar “Kəpəz” öz oyunu ilə rəqiblərə çətinlik yaradır, onlara uğurlar arzu edirəm. Armenteros zədəlidir. Yoxlama görüşündə topuğundan zədə almışdı. Ümumi durumu yaxşıdır və sabahdan komanda ilə məşqlərə başlayacaq. Rəşad Sadıqov isə fərdi məşqlərə start verib, ümid edirəm ki, “Tottenhem”lə oyuna qədər hazır olacaq”. 

0