[b]“Sistemi dəyişdim və nəticəsi müsbət oldu” – Əsgər Abdullayev[/b]
22.11.2015 - 20:48
[b]“Sistemi dəyişdim və nəticəsi müsbət oldu” – Əsgər Abdullayev[/b]

“Oyunun çətin olacağını bilirdim. “Neftçi” və “Xəzər Lənkəran”ın iştirakı ilə keçirilən görüşlər həmişə gərgin alınır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev deyib.

 

Topaz Premyer Liqasının XIII turu çərçivəsində səfərdə “Xəzər Lənkəran”la qarşılaşan “ağ-qaralar”ın çalışdırıcısı 2:0 hesablı qələbəni belə şərh edib: “Futbolçulara verilən tapşırıqları yerinə yetirdiklərinə görə təşəkkür edirəm. Komandamızda psixoloji durum yaxşı deyildi. Oyundan öncə futbolçularla görüşdüm, söhbət elədik, sistemi dəyişdim və bütün bunların nəticəsi müsbət oldu. “Neftçi”nin yerli oyunçuları böyük potensiala malikdirlər. Futbolçularımın hər birinə güvənirəm. Amma daha yaxşı yerlərə oynamaq üçün yeni bir neçə oyunçuya ehtiyac var. Əgər  futbolçu əsas heyətə düşə bilmirsə, əvəzedici heyətdə öz formasını qorumalıdır. Bu baxımdan Samir Əliyevin fikrinə hörmətlə yanaşıram”.

0