[b]“Qələbə qazansaydıq...” – Adil Şükürov[/b]
22.11.2015 - 22:34
[b]“Qələbə qazansaydıq...” – Adil Şükürov[/b]

“Rəvan”ı qələbə münasibəti ilə təbrik edirəm. Biz isə iki həftə ərzində işlədiyimiz tapşırıqları tam yerinə yetirə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Adil Şükürov deyib.

 

Topaz Premyer Liqasının XIII turunda “Rəvan”la qarşılaşan debütantın çalışdırıcısı minimal hesablı məğlubiyyəti belə şərh edib: “Daha sürətli futbol oynamağa çalışdıq, lakin ümumi səhvlərimiz vardı. Rəqib qələbə qazanmağımıza imkan vermədi. Açığı, futbolçular meydançada istəkli idilər, qələbə qazansaydıq, turnir cədvəlində yerimiz dəyişəcəkdi. Lakin alınmadı”.

0