[b]“İnter” 2-ci pillədə - YENİLƏNİB[/b]
23.11.2015 - 18:51
[b]“İnter” 2-ci pillədə - YENİLƏNİB[/b]

Bu gün Topaz Premyer Liqasının XIII turunun son oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, tura “İnter Arena”da yekun vurulub.

 

Öz meydanında AZAL-ı qəbul edən “İnter” 2:0 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin 3 xal qazandıqları oyunda ilk qolu Dieqo Martins vurub.

 

Mövsümdə 5-ci qolunu vuran Martins bombardirlər yarışında 2-ci pilləyə şərik olub. Braziliyalı yalnız həmyerlisi Riçard Almeydadan 1 top geri qalır.

 

Qarşılaşmanın sonlarında isə “bankirlər” fərqi artırıb. Abbas Hüseynov matçda 2-ci qolu vurub – 2:0.

 

Zaur Svanadzenin yetirmələri bu qələbə sayəsində 2-ci pilləyə yüksəlib. Xal hesabında “Qəbələ”yə çatan bakılılar şəxsi oyunların nəticələrinə görə öndə qərarlaşıb.

 

Topaz Premyer Liqası

XIII tur

23 noyabr

 

“İnter” – AZAL  - 2:0
Qollar: 
Dieqo Martins, 30, Abbas Hüseynov, 85

 

Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Coşqun Həsənov, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Fariz Yusifov  
“İnter Arena”

I dövrədəki oyun: 1:0

 

“İnter”: 1. Səlahət Ağayev (k), 5. Denis Silva, 6. Laşa Salukvadze, 8. Nizami Hacıyev, 14. Zurab Xizanişvili, 15. Stepan Polyak, 20. Yuri Fomenko, 22. İlkin Qırtımov, 23. Dieqo Martins, 24. Fuad Bayramov, 88. Abdulla Abatsiyev

Ehtiyat oyunçular: 96. Elşən Poladov, 4. Laşa Kasradze, 10. Elnur Abdullayev, 17. Mirsahib Abbasov, 30. Abbas Hüseynov, 39.  Elnur Süleymanov, 77. Emilian Vila

Baş məşqçi: Zaur Svanadze

 

AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 4. Qvanzan Maqomedov, 14. İlqar Ələkbərov, 6. Tagim Novruzov, 22. Kamal Mirzəyev, 10. Nuqzar Kvirtiya, 21. Murad Səttarlı, 27. Aleksandr Quruli, 9. Aydın Qasımov

Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 7. Tərlan Xəlilov, 15. Rüfət Musayev, 11. Ruslan Nəsirli, 20. İsmayıl İbrahimli, 19. Məhəmməd Bədəlbəyli, 28. Müşfiq Teymurov

Baş məşqçi: Tərlan Əhmədov

 

 

Turnir cədvəli

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

13

10

2

1

24-8

32

2

İnter  

13

6

 5

2

12-8

23

3

Qəbələ

13

6

5

2

21-9

23

4

Zirə

13

5

6

2

13-11

21

5

Kəpəz 

13

5

4

4

15-14 

19

6

Neftçi

13

4

4

5

15-15

16

7

Sumqayıt 

13

2

6

5

13-17

12

8

Xəzər L   

13

3

3

7

10-18

12

9

AZAL 

13

2

3

8

6-17

9

10

Rəvan 

13

2

2

9

8-20

8

 

Bombardir: Riçard Almeyda (“Qarabağ”) – 6

 

0