[b]Topaz Premyer Liqasında 2 futbolçu cəzalandı[/b]
23.11.2015 - 11:21
[b]Topaz Premyer Liqasında 2 futbolçu cəzalandı[/b]

Topaz Premyer Liqasında 2 futbolçu cəzalanıb. Apasport.az saytının məlumatına görə, XIII turun baş tutan 4 oyununda sonra Aleksandr Şemonayevlə Budaq Nəsirov cəzalı duruma düşüblər.

 

“Kəpəz”in şərəfini qoruyan Nəsirov “Qarabağ”la qarşılaşmada 4-cü sarı vərəqəsini alıb və bu səbəbdən XIV turun “İnter”lə görüşündə iştirak edə bilməyəcək.

 

Şemonayev isə mövsümdə 2-ci dəfə “Zirə”yə kömək etməyəcək. “Xəzər Lənkəran”la XIV turun matçını buraxacaq müdafiəçi “Rəvan”la qarşılaşmada 4-cü sarı vərəqəsini alıb. Aleksandr daha bir oyunu iki sarı vərəqəyə görə aldığı qırmızı üzündən buraxmışdı.

 

XIII tur 8 futbolçunun 3-cü xəbərdarlıq alması ilə nəticələnib. Novruz Məmmədov, Tural Qürbətov (hər ikisi “Rəvan”), Aleksey Antonov (“Qəbələ”), Tural Axundov (“Kəpəz”), Ağabala Ramazanov, Bəxtiyar Həsənəlizadə (hər ikisi “Sumqayıt”), İlyas Səfərzadə və Kamran Abdullazadə (hər ikisi “Xəzər Lənkəran”) növbəti dəfə vərəqə alsa, cəzalı duruma düşəcəklər.

 

0