“Qol vurmaq özünəinamı artırır”
23.11.2015 - 18:40
“Qol vurmaq özünəinamı artırır”

“Neftçi” ilə “Xəzər Lənkəran” arasındakı intriqanı hər kəs bilir. Şükürlər olsun ki, bu gün qalib gəldik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Elşən Abdullayev deyib.

 

Gənc futbolçu Topaz Premyer Liqasının XIII turunun “Xəzər Lənkəran”la oyunu (2:0) haqda fikirlərini açıqlayıb. “Böyük oyun”da hesabı açan yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında qələbənin vacibliyini vurğulayıb: “Bunu çox istəyirdik. Bizim üçün çempionatda ən vacib oyunlardan biri idi. Bu oyunda qol vurmağım da sevindirici haldır, amma ən əsası odu ki, qələbə qazandıq”.

 

“Neftçi”nin digər qolunun müəllifi Fəhmin Muradbəyli də fikirlərini klubun saytına açıqlayıb: “8 ildən sonra tilsimi qıra bildik. Bunda mənim də rolum olduğu üçün çox şadam. Bütün komanda yoldaşlarımı təbrik edirəm, çox əziyyət çəkdilər. İstəyim hər oyunda qol vurmaqdır. Qol vurmaq özünəinamı artırır, məndə də özümə inam artıb. İnşallah, belə qələbələrlə azarkeşlərimizi sevindirərik”.

 

0