[b]“Oyunçu nə vaxt hazır olur, onda meydana çıxır” – Zaur Svanadze[/b]
23.11.2015 - 19:48
[b]“Oyunçu nə vaxt hazır olur, onda meydana çıxır” – Zaur Svanadze[/b]

“Mən AZAL ilə oyunun çətin keçəcəyini bilirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Topaz Premyer Liqasının XIII turunun son matçında öz meydanında AZAL-ı məğlub edən “bankirlər”in gürcü çalışdırıcısı qələbə haqqında fikirlərini bölüşüb: “Ümumiyyətlə, AZAL ilə matç həmişə ağır olur, bu gün də bizə qarşı sona qədər təzyiq etdilər. Çətin görüşün fonunda 3 xal qazandığımız üçün şadam. Oyuna sonradan daxil olan Abbas Hüseynova çox inanıram,  nə vaxt hazır olur, o zaman meydançaya çıxır”.

0