[b]“Qəbələ” PAOK üçün hazırlaşır[/b]
24.11.2015 - 00:20
[b]“Qəbələ” PAOK üçün hazırlaşır[/b]

“Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun PAOK-la (Saloniki, Yunanıstan) oyununun hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XIII turunun noyabrın 21-də “Sumqayıt”la səfərdə keçirilən oyunundan (2:2) sonra məşqlərinə 1 günlük fasilə verən “qırmızı-qaralar” hazırlıqlarını bərpa edib.

 

Komanda dünən Qəbələdə məşq keçib. Son görüşdə iştirak edənlər fiziki hazırlıqla kifayətlənibsə, digər oyunçular topla məşq edib. Bu gün isə “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda növbəti məşqini gerçəkləşdirəcək. Hazırlıq prosesi səhər baş tutacaq.

 

“Qəbələ” Salonikiyə noyabrın 25-də yollanacaq. Oyunöncəsi son məşq də qarşılaşmanın keçiriləcəyi arenada baş tutacaq.

 

Xatırladaq ki, qrupda son səfər oyununa çıxacaq təmsilçimizin PAOK-la noyabrın 26-da baş tutacaq qarşılaşması Bakı vaxtı ilə saat 00:05-də başlayacaq. Oyunu danimarkalı hakimlər briqadası idarə edəcək.

0