[b]İntizam Komitəsi “Qarabağ” – “Topaz” məsələsinə biganə qaldı[/b]
24.11.2015 - 13:22
[b]İntizam Komitəsi “Qarabağ” – “Topaz” məsələsinə biganə qaldı[/b]

Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda “Qarabağ”ın çempionat formasında “Topaz”ın adının “ixtisara salınması” məsələsinin müzakirəyə çıxarılacağı gözlənilsə də, bu, baş verməyib.

 

Belə ki, İK üzvləri dünən işıqlandırdığımız məsələni bugünkü iclasda müzakirə etməyiblər. Bu barədə əməkdaşımızla söhbətində İK-in sədri Tofiq Fətullayev məlumat verib: “İclasda dediyiniz məsələ haqda danışılmadı. Növbəti toplantıda bu barədə müzakirə aparacağımızla bağlı da bir söz deyilmədi”.

 

Halbuki dünən əməkdaşımızla söhbətində Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev “Qarabağ”ın həmin addımını təsdiqləyən şəkil olacağı halda, klubu cərimələyəcəklərini bildirmişdi.

 

Qeyd edək ki, Premyer Liqada iştirak edən hər bir klubun formasında çempionatın sponsoru olan “Topaz”ın loqosu yerləşdirilib. “Qarabağ”ın istifadə etdiyi formada çempionatın sponsorunun loqosu olsa da, “Topaz”ın adının üstündən ağ yapışqan lent çəkilib. Bu isə çempionatın təşkilinə cavabdeh olan qurum – Peşəkar Futbol Liqasının (PFL) Əsasnaməsinə ziddi.

 

0