[b]Ukraynalı legionerimiz karyerasını başa vurdu[/b]
25.11.2015 - 15:03
[b]Ukraynalı legionerimiz karyerasını başa vurdu[/b]

Azərbaycan millisinin ağırlıqqaldıranı Alyona Kiriyenko (69 kq) karyerasını başa vurub. Bu barədə məlumatı apasport.az saytına milliləşdirilən legionerin özü verib.

 

Ukrayna əsilli idmançı bildirib ki, 2014-cü ilin martında Azərbaycan yığması dopinq qalmaqalına görə sanksiya ilə üzləşdiyindən peşəkar karyerasını bitirib: “Buna görə xüsusi üzüntü yaşamıram. “Çıxılmaz vəziyyətlər yoxdu” prinsipi ilə yaşayıram. Üzləşdiyim durumun nə qədər kritik olmasından asılı olmayaraq, hər şeydə müsbət məqam axtarıram”.

 

Kiriyenkonun sözlərinə görə, Azərbaycana gəlincə ağırlıqqaldırma ilə məşğul olmayıb və bu səbəbdən də yenidən köhnə peşəsinə qayıdıb: “Azərbaycana gəlməzdən öncə Ukraynada fitnesslə məşğul olurdum. Bu üzdən qərara aldım ki, yenidən mənə tanış olan işlə məşğul olum”.

 

Artıq ölkəmizdə özünü bu sahədə sınayan Alyona Ukraynaya da qayıtmayıb. Azərbaycanda da sevimli peşəsi ilə məşğul olan millimizin sabiq üzvü bu üzdən də Bakıdadı.

 

Kiriyenko hazırda ABŞ-ın Hyuston şəhərində ağırlıqqaldırma üzrə keçirilən dünya çempionatını da həvəslə izlədiyini vurğulayıb. O bildirib ki, yığmada komanda yoldaşı və rəfiqəsi Boyanka Kostovanın 58 kq çəki dərəcəsində çempion olmasına çox sevinib: “Bütün ağır atletika həvəskarları kimi mən də Hyustondakı dünya çempionatındakı mübarizəni izləyirəm. Kostova rəfiqəm və yığmada daima mənə dəstək olan yaxşı bir insandı. Onun uğuruna çox sevinirəm. Əlbəttə ki, Boyankanı təbrik edib, bütün idmançılar üçün ən arzu edilən Olimpiya qızılını qazanmasını dedim. Ümid edirəm ki, o buna nail olacaq. Buna inanmalıyıq”.

 

Qeyd edək ki, cəzası 19.06.2013-cü il tarixindən hesablanan Kiriyenkonun diskvalifikasiya müddəti 19.06.2015-ci ildə başa çatıb. Lakin o, bundan sonra hansısa yarışa qatılmayıb. 

0