[b]“İtiriləsi bir şeyimiz yoxdu” – Aleksey Antonov[/b]
25.11.2015 - 22:29
[b]“İtiriləsi bir şeyimiz yoxdu” – Aleksey Antonov[/b]

“Oyuna yaxşı köklənmişik. Hamı kimi, mən də başa düşürəm ki, qələbə qazanmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Aleksey Antonov deyib.

 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ” sabah PAOK-un qonağı olacaq. Matçdan öncə keçirilən mətbuat konfransında “qırmızı-qaralar”ın ukraynalı hücumçusu da iştirak edib. Antonov sabahkı matçla bağlı bunları deyib: “Mübariz əhval-ruhiyyədəyik. İtiriləsi bir şeyimiz yoxdu, geri çəkilmək olmaz”.

 

Antonov PAOK-la görüşdə həm müdafiə, həm də hücumda diqqətli olmağın vacibliyindən bəhs edib: “Başa düşürük ki, rəqibimiz güclüdü. Yaxşı oynamalıyıq. Həm müdafiədə, həm də hücumda diqqətli olmaq lazımdı. Düşünürəm ki, sabah çox maraqlı oyun baş tutacaq. Matçın hansı hesabla başa çatacağını isə təxmin etmək mümkün deyil”.

0