Yığmamız Malta ilə qolsuz heç-heçə etdi
26.11.2015 - 11:28
Yığmamız Malta ilə qolsuz heç-heçə etdi

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis Maltadakı təlim-məşq toplanışında  ilk matçda qüvvəsini sınayıb.

 

Yığmamız Maltanın qadınlardan ibarət milli komandası ilə qarşılaşıb. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Bu komandalar arasında daha bir oyun noyabrın 27-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 

0