Topaz Premyer Liqasının XIV turu “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 50 yaşlı mütəxəssis ölkə çempionatında baş məşqçi kimi 200-cü matçına çıxacaq.
Belə ki, “Zirə” ilə noyabrın 26-da baş tutacaq matçadək Hüseynov 199 qarşılaşmada baş məşqçi funksiyasını yerinə yetirib. Bu vəzifəni üç müxtəlif klubda tutan çalışdırıcı 11 illik məşqçilik karyerasına malikdi.
Ölkə daxilindəki zəngin futbolçu karyerasının ardından bir müddət sevimli idman növündən ayrılsa da, 2004-cü ildə özünü yeni ampluada sınamaq qərarına gəlib. Həmin vaxt yeni yaranan “Karvan”ın “sükanı arxasına” keçib, Yevlax təmsilçisini uzun müddət çalışdıran Hüseynovun məşqçi kimi uğurları də bu komandayla bağlıdı. Əslində, “Karvan”ın Premyer Liqa tarixi də əsasən bu mütəxəssisin dövrünə təsadüf edib.
Azərbaycan futbolu tarixinə yeni nəfəsin gəldiyi, bir neçə iddialı klubun yaranması kimi düşən 2004-cü ildə təməli qoyulan əyalət klubu debütant məşqçiyə tapşırıldı. Həmin il avqustun 7-də “Karat”la səfər qarşılaşmasında baş tutan debüt Hüseynovun yetirmələrinin 2:0 hesablı qələbəsi ilə nəticələnib. Bununla da uğurlu karyerasına start verən çalışdırıcı debüt etdiyi 2004/05 mövsümündə komandasını bürünc medallara daşıyıb.
Ardınca postunu tərk edən mütəxəssis növbəti çempionatın ilk turunda alınan məğlubiyyətdən sonra postunu təhvil verdiyi Fuad Yamandan geri alıb. 2005/06 mövsümündə qızıl medalları sonuncudan əvvəlki turda “Turan”la görüşdə xal itirməklə əldən verən çalışdırıcı və komandası Premyer Liqadakı 3-cü mövsümündə mövqelərini nisbətən əldən verib. Bu da daha çox legioner limitinin tətbiqi ilə bağlı olub. Avrokuboklarda əcnəbilərlə mərhələ adlayan “Karvan” çempionatı mükafatsız bitirib.
2007-ci ilin yayında 3 il çalışdırdığı komandadan ayrılan Hüseynov elitaya yeni yüksələn “Standard”ın başına keçib. Lakin 13 oyunluq I dövrənin ardından yenidən Yevlaxa qayıdıb. O, postunu sabiq köməkçisi Təbriz Həsənovdan alaraq, 2007/08 mövsümünü də başa vurub. Növbəti iki mövsümdə də “Karvan”da çalışan mütəxəssis komandasının aşağı dəstəyə düşdüyü 2010-cu ildə Yevlax təmsilçisindən ayrılıb. O, mövsümün sonuna 2 tur qalmış, komandasının aşağı dəstəyə yuvarlanmasını görmədən bu addımı atıb.
Bununla, onun klubdakı 3 hissədə 152 çempionat oyunundan ibarət karyerası bitib. Hüseynov “Karvan”ın 168 qarşılaşmasından yalnız 16-da komandaya rəhbərlik etməyib.
2012-ci ilin martında özünün 3-cü klubu – “Xəzər Lənkəran”a baş məşqçi təyin olunan mütəxəssis “Karvan”da olduğu kimi burada da 3 müxtəlif dövrdə çalışıb.
2012-ci ilin martında cənub təmsilçisində debüt edən çalışdırıcı 2011/12 mövsümünün sonu və 2012/13 mövsümünün startında ardıcıl 19 görüşdə komandaya rəhbərlik edib. Bundan sonra postunu tərk edən Hüseynov ötən mövsümün gedişində qısa müddətdə komandaya rəhbərlik edib. Həmin vaxt 2 oyunda baş məşqçi vəzifəsini icra edən çalışdırıcı bu ilin yayında yenidən “Xəzər Lənkəran”ın “sükanı arxasına” keçərək, yetirmələrini 13 matça çıxarıb.
Klublar
|
mövsüm |
O |
Q |
H |
M |
T/F |
X |
Karvan (Yevlax) |
2004/05 |
34 |
23 |
7 |
4 |
66-18 |
76 |
Karvan (Yevlax) |
2005/06 |
25 |
17 |
6 |
2 |
50-8 |
57 |
Karvan (Yevlax) |
2006/07 |
24 |
10 |
5 |
9 |
36-30 |
35 |
Karvan (Yevlax) |
2007/08 |
13 |
1 |
5 |
7 |
10-22 |
8 |
Karvan (Yevlax) |
2008/09 |
26 |
10 |
4 |
12 |
28-33 |
34 |
Karvan (Yevlax) |
2009/10 |
30 |
3 |
9 |
18 |
21-43 |
18 |
Standard (Bakı) |
2007/08 |
13 |
3 |
5 |
5 |
17-15 |
14 |
Xəzər Lənkəran |
2011/12 |
9 |
4 |
3 |
2 |
11-8 |
15 |
Xəzər Lənkəran |
2012/13 |
10 |
3 |
4 |
3 |
13-9 |
13 |
Xəzər Lənkəran |
2014/15 |
2 |
1 |
1 |
0 |
2-1 |
4 |
Xəzər Lənkəran |
2015/16 |
13 |
3 |
3 |
7 |
10-18 |
12 |
Cəmi |
|
199 |
78 |
52 |
69 |
264-205 |
286 |