Sabah Topaz Premyer Liqasında XIV tura start veriləcək. Apasport.az saytının məlumatına görə, 4 gün davam edəcək turun ilk qarşılaşması baş tutacaq.
Gəncədə keçiriləcək oyunda turnir cədvəlinin ilk yarısında qərarlaşan “Kəpəz”lə “İnter” üz-üzə gələcək. 6 oyundu məğlub olmayaraq, 2-ci pilləyə qayıdan paytaxt təmsilçisi liderlə xal fərqini azaltmaq üçün qalib gəlməlidi. Gəncəlilər isə mövqeyini qorumaq üçün xal hesabını artırmalıdı. 2 matçdı qələbə həsrətində olan qərblilər seriyanın artmaması üçün meydana çıxacaq.
Turun ikinci günündə 2 qarşılaşma baş tutacaq. Bu görüşlərin ikisi də paytaxtda keçiriləcək. Son pilləyə düşmək təhlükəsi olan AZAL “Sumqayıt”ı qəbul edəcək. Qələbə həsrətində olan rəqiblər şəxsi dueldə uğursuz seriyaya son qoymalıdı. “Təyyarəçilər” 4, “gənclik şəhəri” təmsilçisi 3 oyunluq qələbəsizlik seriyasına son qoymaqla durumunu yaxşılaşdırmağı düşünəcək. Ardıcıl iki görüşdə uduzan “Xəzər Lənkəran” “Zirə”nin qonağı olacaq. Bu matç Yunis Hüseynov və vaxtilə onun rəhbərliyi altında oynamış Adil Şükürovun ikinci dueli olacaq. Səfərdə qalib gələn debütant öz meydanındakı qələbə ilə ən azı 1 pillə irəliləmək iddiasındadı. Cənublular isə bir addım da geriləmək təhlükəsinin qarşısını almaq üçün xal qazanmalıdı.
Turun mərkəzi oyununda da baş məşqçi və sabiq yetirməsi üz-üzə gələcək. “Neftçi”də ötən tur qələbə ilə debüt edən Əsgər Abdullayev yetirmələrini millidə rəhbərliyi altında çıxış edən Qurban Qurbanovun çalışdırdığı “Qarabağ”la çətin oyuna çıxaracaq. Ardıcıl 4 qələbə qazanıb, izləyiciləri ilə xal fərqini 9-a çatdıran ağdamlılar əzəli rəqibini də məğlub etmək istəyindədi. Heyətində zədəliləri olan “Qarabağ” Avropa Liqasının “Tottenhem”lə çətin sınağından sonra ölkənin ən titullu klubunun önünə çıxacaq. İlk “beşlik”lə xal fərqini azaltmaqda olan “Neftçi” isə uzun müddətdi məğlub edə bilmədiyi rəqiblə görüşlərdə seriyanı qırmalıdı. Son 9 qarşılaşmada uduzmayan ağdamlılar 939 günlük seriyanı qırmağa çalışan rəqibin arzusunu gözündə qoymaq əzmindədi.
Gələn həftə yekun vurulacaq turun son matçında “Qəbələ” “Rəvan”ı qəbul edəcək. I dövrədə böyükhesablı qələbə qazanan “qırmızı-qaralar” 5 oyunluq seriyanı qırmaq üçün meydana çıxacaq. Belə ki, Qəbələnin eyniadlı təmsilçisi son 5 çempionat matçında qalib gələ bilməyib. “Qəbələ” isə Avropa Liqasının PAOK-la səfər oyunundan sonra autsayderi sınağa çəkəcək. AZAL-ın uduzacağı halda, paytaxt təmsilçisi səfərdə uğur əldə edib, son pillədən qurtula bilər.
Topaz Premyer Liqası
XIV tur
27 noyabr (cümə)
14:00. “Kəpəz” – “İnter”
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Nahid Əliyev, Ziya Nəsirov
Gəncə şəhər stadionu
I dövrədəki oyun – 0:1
28 noyabr (şənbə)
14:30. AZAL – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov
AZAL Arena
I dövrədəki oyun – 1:1
16:30. “Zirə” – “Xəzər Lənkəran”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vüqar Bayramov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
Zirə İdman Kompleksinin stadionu
I dövrədəki oyun – 1:0
29 noyabr (bazar)
17:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov
8-ci km qəsəbə stadionu
I dövrədəki oyun – 1:1
30 noyabr (bazar ertəsi)
17:00. “Qəbələ” – “Rəvan”
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Vüsal Qənbərov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu
I dövrədəki oyun – 3:0
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
1 |
Qarabağ |
13 |
10 |
2 |
1 |
24-8 |
32 |
2 |
İnter |
13 |
6 |
5 |
2 |
12-8 |
23 |
3 |
Qəbələ |
13 |
6 |
5 |
2 |
21-9 |
23 |
4 |
Zirə |
13 |
5 |
6 |
2 |
13-11 |
21 |
5 |
Kəpəz |
13 |
5 |
4 |
4 |
15-14 |
19 |
6 |
Neftçi |
13 |
4 |
4 |
5 |
15-15 |
16 |
7 |
Sumqayıt |
13 |
2 |
6 |
5 |
13-17 |
12 |
8 |
Xəzər L |
13 |
3 |
3 |
7 |
10-18 |
12 |
9 |
AZAL |
13 |
2 |
3 |
8 |
6-17 |
9 |
10 |
Rəvan |
13 |
2 |
2 |
9 |
8-20 |
8 |
Bombardirlər: Riçard Almeyda (“Qarabağ”) – 6 qol, Aleksey Antonov (“Qəbələ”), Dieqo Martins (“İnter), “Rusan Qurbanov (“Neftçi”) – 5.