“Qarabağ” çox yaxşı mübarizə apardı” – Yan Vertongen
27.11.2015 - 13:20
“Qarabağ” çox yaxşı mübarizə apardı” – Yan Vertongen

“Çox möhkəm komandaya qarşı mübarizə apardıq. Amma qələbə qazanmağı bacardıq”. Apasport.az saytının məlumatına görə, bunu “Tottenhem”in müdafiəçisi Yan Vertongen deyib.

 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda “Qarabağ” üzərində minimalhesablı (1:0) qələbə qazanan London təmsilçisi növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. Lakin komanda hələ də qrup liderliyini təmin etməyib.

 

Belçikalı futbolçu da bu üzdən son turda “Monako” ilə matça ciddi hazırlaşacaqlarını söyləyib: “Qarabağ” bizə qarşı çox yaxşı mübarizə apardı. Bu komandanın gücünü hələ Londondakı qarşılaşmada görmüşdük. Amma açığı, bu qədərini də gözləmirdim. Əla performans sayəsində qələbə qazandıq. İndi son turda “Monako”dan da mütləq xal almalıyıq. Çünki qrupu lider kimi tamamlamaq istəyirik”.

 

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək son turda “Qarabağ” “Anderlext”in, “Monako” isə “Tottenhem”in qonağı olacaq.

0