[b]“Real”a transfer qadağası gəlir[/b]
27.11.2015 - 14:53
[b]“Real”a transfer qadağası gəlir[/b]

Madrid “Real”ı qış fasiləsində və mövsümlərarası fasilədə heyətinə oyunçu cəlb etməyə bilər. Apasport.az-ın “El Mundo Deportivo”ya istinadən məlumatına görə, “kral klubu”na cəza veriləcək.

 

Xəbərdə qeyd edilib ki, “Real” rəhbərliyi gənc oyunçuların keçidi zamanı onları qeydiyyata alma prosesində qanunsuzluq edib. Bu səbəbdən FİFA İntizam Komitəsi İspaniya nəhənginə iki transfer dönəmində oyunçu almağı qadağan etmək qərarına gəlib. FİFA-nın yaxın vaxtlarda bu məlumatı rəsmən açıqlaması gözlənilir.

 

Qeyd edək ki, “Barselona” eyni səbəbdən 2015-ci ilin qış və yay fasiləsində transfer etmək hüququndan məhrum olmuşdu.

0