Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin I dövrəsinin statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, qitənin ən mötəbər klub turnirində “Telekom”, “Lokomotiv” və “Azərreyl”lə təmsil olunan Azərbaycan klublarının heyətində ən yaxşı göstərici Aneta Havlikovaya məxsusdu.
“Lokomotiv”in şərəfini qoruyan Çexiya millisinin hücumçusu bombardirlər arasında ikinci yerdədi. Komandasının kapitanı 3 görüşün 11 setində 65 xal toplayıb.
Onunla yanaşı, ilk “onluq”da daha 3 voleybolçumuz yer alıb. Bunlar məhz “Lokomotiv”in toppaylayıcısı Özge Kırdar, “Telekom”la “Azərreyl”in blokçuları, müvafiq olaraq, Qabriela Koyeva və Cessika Consdu (Susan).
Təəssüf ki, klublarımızın yerli voleybolçulara az güvənməsi sarıdan ilk “onluq”da azərbaycanlı yer almayıb. Adətən bu siyahıda Polina Rəhimova, Odina Bayramova və ya Kseniya Kovalenko yüksək sıralarda olurdu.
Ən çox xal toplayan
|
Klubu |
Oyun sayı |
Set sayı |
Topladığı xal |
1. Tiyana Boskoviç |
Əczaçıbaşı (Türkiyə) |
3 |
11 |
68 |
2. Aneta Havlikova |
Lokomotiv (Azərbaycan) |
3 |
11 |
65 |
3. Yeon-Kounq Kim |
Fənərbaxça (Türkiyə) |
3 |
12 |
63 |
Ən yaxşı blokçular
|
Klubu |
Oyun sayı |
Set sayı |
Topladığı xal |
1. Maya Polyak |
Əczaçıbaşı (Türkiyə) |
3 |
11 |
13 |
2. Tiyana Boskoviç |
Əczaçıbaşı (Türkiyə) |
3 |
11 |
13 |
3. Eda Erdem |
Fənərbaxça (Türkiyə) |
3 |
12 |
13 |
...10. Cessika Cons (Susan) |
Azərreyl (Azərbaycan) |
3 |
9 |
10 |
Ən yaxşı top qəbul edənlər
|
Klubu |
Oyun sayı |
Set sayı |
Düzgün qəbul (faizlə) |
1. Adina Salaoru |
Alba (Rumıniya) |
3 |
10 |
39,29 |
2. Françeska Markon |
Pyaçentsa (İtaliya) |
3 |
10 |
39,22 |
3. Elitsa Vasileva |
Dinamo (Kazan, Rusiya) |
3 |
10 |
38,30 |
Topu oyuna ən yaxşı daxil edənlər
|
Klubu |
Oyun sayı |
Set sayı |
Topladığı xal |
1. Miçelle Bartş |
Dresdner |
3 |
12 |
12 |
2. Lusie Bosetti |
Fənərbaxça (Türkiyə) |
3 |
12 |
7 |
3. Boyana Zivkoviç |
Volero (İsveçrə) |
3 |
8 |
6 |
...10. Qabriela Koyeva |
Telekom (Azərbaycan) |
3 |
11 |
5 |
Ən yaxşı toppaylayıcılar
|
Klubu |
Oyun sayı |
Set sayı |
Əla ötürmə (faizlə) |
1. Naz Aydəmir |
Vakıfbank (Türkiyə) |
3 |
8 |
55,36 |
2. Ezgi Dılik |
Fənərbaxça (Türkiyə) |
3 |
7 |
54,55 |
3. Marina Babeşina |
Uraloçka (Rusiya) |
3 |
11 |
45,95 |
…9. Özge Kırdar |
Lokomotiv (Azərbaycan) |
3 |
11 |
38,78 |