Azərbaycan birinciliyinin final oyunlarının vaxtı müəyyənləşib
03.05.2024 - 10:33
Azərbaycan birinciliyinin final oyunlarının vaxtı müəyyənləşib

16 yaşadək qız və oğlan voleybolçular arasında Azərbaycan birinciliyinin final oyunlarının vaxtı müəyyənləşib.

Apasport.az xəbər verir ki, matçlar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Həlledici görüşlərə saat 14:00-da start veriləcək.

Final

4 may

Qızlar

“Azərreyl-1" - “Şərqi Zəngəzur RVK”

Oğlanlar

“Azərreyl" - “Murov Az Terminal-1”

0