[b]“Hörmətsizlik olmasın, 2 xal itirdik” - Şahin Diniyev[/b]
27.11.2015 - 16:42
[b]“Hörmətsizlik olmasın, 2 xal itirdik” - Şahin Diniyev[/b]

“Meydanın durumu baxımlı oyun sərgiləməyimizə imkan vermədi”. Apasport.az saytının məlumatına görə, bunu “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

 

Topaz Premyer Liqasının XIV turuna bu gün keçirilən “Kəpəz” – “İnter” oyunu ilə start verilib.

 

Diniyev bildirib ki, qolsuz heç-heçə başa çatan matçın ikinci hissəsi Gəncə təmsilçisinin üstünlüyü şəraitində keçib: “Sadəcə, bəxtsizlik və rəqibin qapıçısı Səlahət Ağayevin gözəl oyunu bizi qələbədən məhrum etdi. Rəqibə hörmətsizlik olmasın, amma deyim ki, biz bu gün 2 xal itirdik. “İnter”in penaltidən başqa hər hansı bir ciddi qol şansı olmadı. Bu görüşü unutmalı və növbəti oyunlara hazırlaşmalıyıq. Əsas odu ki, komandamız yaxşı futbol sərgiləyir və ümidlərim böyükdü”. 

0