“Bakıda keçiriləcək İslam Həmrəylik Oyunları dünya üçün böyük hadisəyə çevriləcək. Bu Oyunlar dünyaya sübut edəcək ki, İslam dini sülh, qardaşlıq və mərhəmət dinidi”. APA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov İSESCO Baş Konfransının Bakıda keçirilәn iclasında deyib.
Nazir bildirib ki, yarışlarda 5 mindən çox idmançı 20 idman növü üzrə mübarizə aparacaq: “Bakı 2017-ci ildə İslam Həmrəylik Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək. Biz böyük tədbirləri uğurla təşkil etmək təcrübəsinə malikik. İslam Həmrəylik Oyunları olimpiya və qeyri-olimpiya oyunları üzrə keçiriləcək. Bu, təkcə İslam ölkələrinin idman potensialını deyil, həm də İslam mədəniyyətini dünyaya nümayiş etdirəcək”.