“Azərreyl”dən inamlı qələbə
18.03.2026 - 20:24
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XVIII turun daha üç oyunu keçirilib.
Apasport.az xəbər verir ki, kişilərin yarışında "Azərreyl" "Xilasedici" ilə üz-üzə gəlib və ikincilər 3:2 hesablı qələbə qazanıblar.
Qadınların mübarizəsində iki matç baş tutub. "Azərreyl" "Gənclər"i 3:0, "DH Volley" isə "Milli Aviasiya Akademiyası"nı 3:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, ötən gün kişilərin yarışında "Neftçi" "Gəncləri" (3:0), "Ordu" "Murov Az Terminal"ı (3:2) məğlub edib. Qadınların mübarizəsində "Turan Tovuz" "Murov Az Terminal"dan güclü olub - 3:1.
- Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
- Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - YENİLƏNİB
- Superliqanın 2026/2027 mövsümünə sabah start veriləcək
- Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər
0
0