“Arsenal” Premyer Liqada tarixi göstəriciyə imza atıb
02.11.2026 - 10:16
“Arsenal” Premyer Liqada tarixi göstəriciyə imza atıb

“Arsenal” İngiltərə Premyer Liqasında səfər oyunlarında 300-cü qələbəsini əldə edib.

Apasport.az xəbər verir ki, London təmsilçisi bu göstəriciyə “Liverpul”u IX turda 1:0 hesabı ilə məğlub etməklə çatıb.

Beləliklə, “Arsenal” Premyer Liqa tarixində səfərdə 300 qələbə qazanan ikinci komanda olub. Bu göstəriciyə daha əvvəl yalnız “Mançester Yunayted” nail olub.