[b]“Zirə” avtoqolla 3-cü pilləyə yüksəldi, AZAL tilsimi qırdı - YENİLƏNİB[/b]
28.11.2015 - 18:19
[b]“Zirə” avtoqolla 3-cü pilləyə yüksəldi, AZAL tilsimi qırdı - YENİLƏNİB[/b]

Bu gün Topaz Premyer Liqasında XIV turun daha iki oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, günün hər iki matçı paytaxt Bakıda baş tutub.

 

Son pilləyə düşmək təhlükəsi olan AZAL “Sumqayıt”ı qəbul edib. Hər iki komanda bu görüşə vəziyyətdən çıxış yolu kimi baxırdı. Belə ki, “təyyarəçilər” 4, “gənclik şəhəri” təmsilçisi isə 3 oyunluq qələbə həsrətinə son qoymaq niyyətində idilər. Lakin bu istəyi reallaşdırmağı bacarıb. Tərlan Əhmədovun komandası hər hissədə bir cavabsız qol vuraraq tilsimi qırıb və rəqibi ilə xal fərqini aradan qaldırıb.

 

Son iki görüşdə uduzan “Xəzər Lənkəran” “Zirə”nin qonağı idi. Yunis Hüseynov və vaxtilə onun rəhbərliyi altında oynamış Adil Şükürov ikinci dəfə üz-üzə gəlirdi. Səfərdə qalib gələn debütant öz meydanındakı qələbə sayəsində ən azı 1 pillə irəliləmək istəyirdi. Onsuz da kasad olan heyətində yenə təmizləmə işi aparan cənublular isə son pillələrdən qurtulmaq niyyətində idilər.

 

Qarşılaşmanın taleyini isə avtoqol müəyyən edib. “Xəzər Lənkəran”ın müdafiəçisi Zaman Mirzəzadənin öz qapısına vurduğu top “Zirə”nin qələbə qazanmasına şərait yaradıb. Bu qalibiyyət sayəsində ən azı bir günlük turnir cədvəlində 3-cü pilləyə yüksələn “Zirə” ikinci yerin sahibi “İnter”lə xallarının sayını bərabərləşdirib.

 

Topaz Premyer Liqası

XIV tur
 

28 noyabr

 

“Zirə” – “Xəzər Lənkəran” - 1:0

Qol: Zaman Mirzəzadə, 49 (avtoqol)

Qırmızı vərəqələr: Nelson Bonilla, 59 - Elşən Rzazadə, 57

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vüqar Bayramov, Coşqun Həsənov 

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov 

AFFA nümayəndəsi: Ramiz Abdullayev 

Hakim-inspektor: Kərim Ağayev

Zirə İdman Kompleksinin stadionu

I dövrədəki oyun – 1:0

 

“Zirə”: 1. Anar Nəzirov (k), 37. Yovan Krneta, 39. Sadiq Quliyev, 2. Çimezi Mbah, 5. Adil Nağıyev, 33. Dieqo Souza, 11. Viktor İbekoyi, 28. Təmkin Xəlilzadə, 10. İqor İvanoviç, 17. Nicat Qurbanov, 9. Nelson Bonilla

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 8. Tərzin Cahangirov, 7. Rihairo, 70. Mirkamil Həşimli, 14. Tellur Mütəllimov, 19. Nurlan Novruzov, 66. Eduardo Makiel

Baş məşqçi: Adil Şükürov

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 7. Sadio Tounkara, 8. Elşən Rzazadə, 11. Kazım Kazımlı, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 32. Zaman Mirzəzadə, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov

Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 16. İbrahim Qədirzadə, 41. Hüseyn Xəlilzadə, 44. Yusif Həsənov, 79. Namiq Qocayev, 99. Mahsum Qəmbərli

Baş məşqçi: Yunis Hüseynov

 


AZAL – “Sumqayıt” - 2:0

Qollar: Murad Səttarlı, 20, Ruslan Nəsirli, 84

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Mehman Mahmudov 

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Rövşən Əhmədov

“AZAL Arena”

I dövrədəki oyun – 1:1

 

AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 4. Qvanzav Maqomedov, 24. Emin Cəfərquliyev, 6. Tagim Novruzov, 14. İlqar Ələkbərov, 10. Nuqzar Kvirtiya, 21. Murad Səttarlı, 27. Aleksandr Quruli, 19. Məhəmməd Bədəlbəyli

Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 22. Kamal Mirzəyev, 28. Müşfiq Teymurov, 9. Aydın Qasımov, 11. Ruslan Nəsirli, 20. İsmayıl İbrahimli, 5. Kamil Hüseynov

Baş məşqçi: Tərlan Əhmədov

“Sumqayıt”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 7. Pərdis Fərcad-Azad, 9. Mirzağa Hüseynpur, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 22. Tofiq Mikayılov, 23. Tural Rzayev, 55. Ağabala Ramazanov

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 8. Nuran Qurbanov, 10. Uğur Pamuk, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 29. Amil Yunanov, 99. Əli Əlimərdanlı

Baş məşqçi: Samir Abasov


 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

13

10

2

1

24-8

32

2

İnter

14

6

6

2

12-8

24

3

Zirə

14

6

6

2

14-11

24

4

Qəbələ  

13

6

5

2

21-9

23

5

Kəpəz 

14

5

5

4

15-14 

20

6

Neftçi

13

4

4

5

15-15

16

7

Sumqayıt   

14

2

6

6

13-19

12

8

Xəzər L  

14

3

3

8

10-19

12

9

AZAL 

14

3

3

8

8-17

12

10

Rəvan 

13

2

2

9

8-20

8

 

Bombardirlər: Riçard Almeyda (“Qarabağ”) – 6 qol, Aleksey Antonov (“Qəbələ”), Dieqo Martins (“İnter), “Rusan Qurbanov (“Neftçi”) – 5.

0