“Neftçi”dən “Qarabağ”la oyunöncəsi sürpriz
28.11.2015 - 12:23
“Neftçi”dən “Qarabağ”la oyunöncəsi sürpriz

“Neftçi” Topaz Premyer Liqasının XIV turunda “Qarabağ”la keçiriləcək oyunöncəsi sürpriz hazırlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, sabah baş tutacaq qarşılaşmadan əvvəl azarkeşlər arasında yarış keçiriləcək.

 

Belə ki, azarkeşlər penalti yarışmasında və əyləncəli virtual penalti müsabiqəsində iştirak etmək imkanı qazanacaqlar. Penalti yarışmasında zərbələri dəqiq yerinə yetirməklə ən çox xal toplayan azarkeş “Neftçi”nin orijinal formasını qazanacaq. Qalibə hədiyyə “Neftçi” - “Qarabağ” görüşünün fasiləsində təqdim ediləcək.

 

Qeyd edək ki, “Neftçi” ilk belə müsabiqəni noyabrın 8-də “Rəvan”la keçirilən matçdan öncə təşkil etmişdi. Virtual penalti müsabiqəsi isə daha çox əyləncə xarakteri daşıyır.

0