“Çox danışmaq istəmirəm, çünki danışılası bir şey yoxdu”. Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.
Topaz Premyer Liqasının XIV turu çərçivəsində bu gün AZAL-ın qonağı olan “gənclik şəhəri” təmsilçisi meydandan 0:2 hesablı məğlubiyyətlə ayrılıb.
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bildirən Abasov düşündüklərini meydanda həyata keçirə bilmədiklərini söyləyib: “Etdiklərimiz bizə qarşı işləyirdi. AZAL-ı təbrik edirəm, mübarizə aparıb, qalib gəldi. Ruslan Nəsirlinin oyundan sonra mənə yaxınlaşdığını görmədim. Əgər nə isə olubsa, bunu bağışlamaq olar. Gənc furbolçudu, öz qolunu vurdu, ona halal olsun. Qapıçı məsələsinə gəlincə, buna baxacağıq”.