[b]“Samir Abasov rəqib futbolçulara hörmətlə yanaşsın” – Tərlan Əhmədov[/b]
28.11.2015 - 17:15
[b]“Samir Abasov rəqib futbolçulara hörmətlə yanaşsın” – Tərlan Əhmədov[/b]

“Oyunun ağır keçəcəyini hiss edirdik, amma qələbə üçün oynamalı idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Topaz Premyer Liqasının XIV turunda “Sumqayıt”ı qəbul edən paytaxt təmsilçisi meydanı qalib (2:0) tərk edib.

 

Əhmədov görüşdən sonra qalibiyyəti şərh edib: “İnter”ə məğlubiyyətdən sonra futbolçulara demişdim ki, bütün günahlarınızı qələbə ilə yumalısınız. Qələbəyə, mübarizəyə görə futbolçulara təşəkkür edirəm. Açığı, oyunboyu səhvsiz mübarizə apardıq. Sadəcə, hücumda bir qədər problemlərimiz var. Qarşıda bizi çətin oyunlar gözləyir, zədəlilərimiz var. Həmişə demişəm ki, futbol aqressiv oyundu. Amma mən heç vaxt rəqib futbolçuların nə etdiyinə diqqət eləməmişəm. Məşqçi olan şəxs rəqibin futbolçusuna qarşı aqressiv ola bilməz. “Sumqayıt”ın baş məşqçisi Samir Abasova da məsləhətim odu ki, gələcəkdə rəqib futbolçulara hörmətlə yanaşsın”.

0