[b]“Daim qələbə qazanmaq mümkün deyil” – Adil Şükürov[/b]
28.11.2015 - 19:13
[b]“Daim qələbə qazanmaq mümkün deyil” – Adil Şükürov[/b]

“Çətin bir oyunda qələbə qazandıq. Buna görə çox şadam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin çalışdırıcısı Adil Şükürov deyib.

 

Topaz Premyer Liqasının XIV turu çərçivəsində öz meydanında “Xəzər Lənkəran”ı məğlub edən debütantın baş məşqçisi qalibiyyəti belə dəyərləndirib: “Futbolda daim qələbə qazanmaq mümkün deyil. “Rəvan”a məğlubiyyətdən sonra bilirdik ki, çətin bir görüşə çıxırıq. Sevinirəm ki, psixoloji gərginliyi aradan qaldırıb, qələbə qazandıq”.

0