“Hər bir oyuna hazırlaşdığımız kimi, “Qarabağ”la görüşə də ciddi hazırlaşırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin müdafiəçisi Rahil Məmmədov deyib.
Topaz Premyer Liqasının XIV turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq “ağ-qaralar”ın gənc futbolçusu fikirlərini klubun rəsmi saytına açıqlayıb: “Bizi çox çətin oyun gözləyir. Rəqib avrokuboklarda iştirak etdiyindən yaxşı vəziyyətdədir. Bununla belə, biz qələbəyə köklənmişik. “Xəzər Lənkəran” üzərində qələbə komandaya psixoloji cəhətdən çox kömək oldu. Komandada atmosfer əladır. Məncə, “Qarabağ”la oyunda bu, bizə çox kömək olacaq”.