[b]Azərbaycan derbisində stadion qaranlığa qərq oldu - FOTOSESSİYA[/b]
29.11.2015 - 18:09
Hazırda davam edən Topaz Premyer Liqasının XIV turunun “Neftçi” – “Qarabağ” oyununda fasilə uzun çəkib. Apasport.az saytının oyuna ezam olunmuş əməkdaşının məlumatına görə, matçın ilk hissəsinin başa çatmasından bir neçə dəqiqə sonra oyunun keçirildiyi 8-ci km qəsəbə stadionunun işıqları sönüb.
İşıqlar sönənə qədər isə ilk hissənin gedişində hesabı göstərən tablonun bir neçə dəfə sönüb yenidən yanması müşahidə olunmuşdu.
Təxminən 10-15 dəqiqə davam edən texniki nasazlıq tədricən aradan qaldırılıb.
Hələlik hadisənin səbəbi haqqında məlumat yoxdu.
0
0