“Qarabağ” güclü rəqibdi. Hər mövqedə güclü, mübarizə aparan futbolçuları var. Biz bütün bunları bilirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev deyib.
Topaz Premyer Liqasının XIV turu çərçivəsində öz meydanında “Qarabağ” qalib gələn “ağ-qaralar”ın çalışdırıcısı oyunu belə şərh edib: “Matça gəldikdə isə futbolçular tapşırıqları yerinə yetirdilər. Oyunun son dəqiqələrində top bizdə az oldu. Sona doğru müdafiəyə daha çox diqqət ayırdıq. Elşən Abdullayevin əvəzlənməsi ilə bağlı ona deyə bilərəm ki, gənc oyunçudu, istəklidi, topla davranmağı sevir. Elşən ümidləri doğrulda bilən futbolçudur. Mənim futbol karyeram "Neftçi"də başlayıb, "Neftçi"də sona çatıb. Bu komandanın mənə ehtiyacı varsa, burdayam”.