“Azərbaycana səfərdən sonra ideya ilə bağlı böhran yaşadıq”
30.11.2015 - 09:07
“Azərbaycana səfərdən sonra ideya ilə bağlı böhran yaşadıq”

“Çelsi” ilə oyunun nəticəsi heç də ən sevindirici deyil. Daha yaxşı nəticə qazanmadığımız üçün təəssüflənirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Tottenhem”in baş məşqçisi Mauriso Poçettino deyib.

 

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan İngiltərə təmsilçisinin çalışdırıcısı “Çelsi” ilə qarşılaşmadakı xal itkisini Bakıya səfərin yorğunluğu ilə izah edib: “Lakin futbolçularımız bütün bacarığını ortaya qoydu. Onlardan razıyam. Yetirmələrim baxımlı oyun göstərdilər. Ola bilər ki, Avropa Liqası çərçivəsində Azərbaycana baş tutan səfərdən sonra ideya ilə bağlı böhran yaşadıq. Bakıdan gec qayıtdığımız üçün cümə günü məşq də edə bilmədik. Çünki Londona yalnız səhər saat 5-də qayıtmışdıq. Amma bunlar bizə haqq qazandırmır. Bəlkə də bu, fiziki deyil, beyni yorğunluq idi”.

 

Qeyd edək ki, “Tottenhem” – “Çelsi” oyunu 0:0 hesabı ilə başa çatıb.

0