Topaz Premyer Liqasının XIV turu Rahid Əmirquliyev üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi ölkə çempionatında 250-ci dəfə “ağ-yaşıl” formanı geyinib.
Cənubluların heyətində 2006-cı ildən çıxış edən orta sahə oyunçusu 250-yə 10-cu mövsümdə çatıb. O, bu qarşılaşmalarda 23 qol vurub.
Rahid ölkə çempionatları tarixində yeni klubda 250 və daha çox oyun keçirən 2-ci futbolçudu. Ona qədər yalnız Aslan Kərimov bir klubda bundan artıq matç keçirib. Sonuncu “Qarabağ”ın formasında çempionatda 268 qarşılaşmaya çıxıb.
Hazırda adı Premyer Liqa klublarının sifariş vərəqində olan oyunçular arasında Rahiddən sonra 2-ci yerdə Namiq Yusifovdu. O, “Qarabağ”da 213 çempionat matçında iştirak edib.
Qeyd edək ki, “Xəzər Lənkəran”a qədər Qusarın “Şahdağ” klubunda çıxış edən Əmirquliyev Premyer Liqada ümumilikdə 307 matç keçirib. Onun hesabında 30 qol var.