[b]“Qəbələ”nin kapitanı qayıdır[/b]
30.11.2015 - 12:10
[b]“Qəbələ”nin kapitanı qayıdır[/b]

Ölkəmizi Avroliqanın qrup mərhələsində təmsil edən “Qəbələ” klubu ölkə çempionatında növbəti görüşünü bu gün “Rəvan”a qarşı keçirəcək. Klubdan apasport.az saytına verilən məlumata görə, zədəli kapitan Luis Hilario Dodo PAOK-la Avrokubok görüşündə olduğu kimi, bu matçda da komandasına kömək edə bilməyəcək.

 

Ölkəsi Braziliyada müalicə olunan 28 yaşlı futbolçu sabah Azərbaycana qayıtmalıdı. Burda Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçdikdən sonra Dodonun zədəsinin nə yerdə olduğu bilinəcək. Məhz MRT-in nəticəsinə əsasən, həkimlər təcrübəli yarımmüdafiəçiyə növbəti müalicə kursunu tətbiq edəcəklər.

 

“Qəbələ”nin heyətlə bağlı başqa problemi yoxdu. Zədəsini sağaldaraq, PAOK-la görüşdə iştirak edən Dmitri Bezotosnı və Rafael Santos bu görüşə tam hazırdılar.

 

Qeyd edək ki, Dodo analoji səbəbdən ölkə çempionatının XIII turunda “Sumqayıt”la matçda (2:2) da komandasına kömək edə bilməmişdi.  

0