Ronaldodan PSJ-yə 500 minlik şərt
30.11.2015 - 17:32
Ronaldodan PSJ-yə 500 minlik şərt

Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldo mövsümün sonunda Madrid “Real”ını tərk etmək niyyətindədi. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı superulduz sabiq komandası “Mançester Yunayted”ə qayıtmağı düşünür.

 

Ronaldonun onunla yaxından maraqlanan PSJ-yə keçmək ehtimalı da var. Belə ki, təcrübəli hücumçu şərtini qəbul edəcəkləri halda, Paris təmsilçisi ilə anlaşmağa hazır olduğunu bildirib. Ronaldonun şərti isə məvacibi ilə bağlıdı. O, PSJ rəhbərliyindən həftədə 500 min funt-sterlinq tələb edir. Fransızlar isə portuqaliyalıya həftəlik 250 min funt-sterlinq məvacib verməyə hazırdı. PSJ rəhbərliyinin bu şərti qəbul edib-etməyəcəyi maraqla gözlənilir.

 

Qeyd edək ki, 2009-cu ildən “Real”ın formasını geyinən Ronaldo “qalaktikos”un heyətində bu vaxta qədər 318 oyunda 329 qola imza atıb. 

0