[b]Roman Qriqorçuk nəticədən narazıdı[/b]
30.11.2015 - 20:07
[b]Roman Qriqorçuk nəticədən narazıdı[/b]

“Oyun barədə nə deyə bilərəm? Nəticədən narazıyam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Topaz Premyer Liqasının XIV turu çərçivəsində öz meydanında “Rəvan”la qarşılaşan “qırmızı-qaralar”ın çalışdırıcısı oyun haqqında fikirlərini bölüşüb: “Biz bu oyunda qalib gəlmək istəyirdik. Hücumlarımızın sonluğunu gətirə bilmirdik. Top bizdə çox olurdu, çox hücumlar edirdik, ancaq bu hücumları qola çevirə bilmədik. Bu,  bizim çatışmazlığımız kimi qalır. Bu səbəbdən xeyli xallar itiririk”.

0