[b]Bəhmən Həsənov hakimə minnətdarlıq etdi[/b]
30.11.2015 - 20:15
[b]Bəhmən Həsənov hakimə minnətdarlıq etdi[/b]

“Əvvəlcədən oyunun ağır keçəcəyini bilirdik. “Qəbələ”nin oyun üslubuna bələdik. Çox yaxşı komandadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov deyib.

 

Topaz Premyer Liqasının XIV turundə səfərdə “Qəbələ” ilə qarşılaşan və matçdan 1:1 hesablı bərabərliklə ayrılan “sarı-qırmızılar”ın çalışdırıcısı qazandıqları 1 xalı belə şərh edib: “Qələbəni niyə əldən verdiyimizi deməyəcəm. Sadəcə hakimə minnətdaram. Başqa heç nə demirəm. İlk dəqiqələrdən vurulan və ya buraxılan qol adama o qədər təsir etmir, sonuncu saniyələrdə buraxdığımız qol bir az məni məyus edib. Ancaq nəticədən də, futbolçuların oyunundan da razıyam. Biz nə üçün gəlmişdik, onu əldə edib gedirik. Müdafiədən oynadıq, qolumuzu vurduq. Təəssüf ki sonda qol buraxdıq”.

0