Neymar “Barselona”nı ziyana saldı
30.11.2015 - 23:34
Neymar “Barselona”nı ziyana saldı

“Barselona”nın futbolçusu Neymar sabiq klubu "Santos"a 2 milyon avro qazandırıb. Apasport.az saytının məlumatına görə, buna braziliyalı oyunçunun "Qızıl top" mükafatına üç namizəd arasında yer alması səbəb olub.

 

2013-ci ildə “Santos”dan Kataloniya klubuna transfer olunan Neymarın müqaviləsində "Qızıl top"la bağlı maddə də yer alıb. Belə ki, Neymar bu mükafat üçün finala yüksələcəyi təqdirdə "Barsa" "Santos"a  2 milyon avro ödəməli idi.

 

Neymar ilk üçlükdə yer alaraq, köhnə klubunu sevindirib.

0