[b]Azərbaycan Kuboku: 1/4 finalın 6 iştirakçısı bəlli oldu - YENİLƏNİB[/b]
02.12.2015 - 19:53
[b]Azərbaycan Kuboku: 1/4 finalın 6 iştirakçısı bəlli oldu - YENİLƏNİB[/b]

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasında çıxış edən klubların da mübarizəyə qoşulduğu mərhələnin 6 qarşılaşması baş tutub.

 

Günün oyunlarından 4-də elita təmsilçiləri I divizion klublarını sınağa çəkib. “İnter” “Turan Tovuz”u, “Sumqayıt” isə “Neftçala”nı səfər matçında məğlub edərək 1/4 finala yüksəlib.

 

“Şəmkir”lə üz-üzə gələn “Qarabağ” və “Qaradağ-Lökbatan”ı sınağa çəkən “Neftçi” isə mərhələni keçmək sevincini öz meydanında yaşayıb. 

 

Mərhələnin ən maraqlı oyunları isə Premyer Liqa təmsilçilərinin duelləri olub. 

 

Belə ki, paytaxt derbisində AZAL-la “Zirə” qarşılaşıb. Premyer Liqanın debütantı qələbə qazanaraq adını növbəti mərhələyə yazdırıb.

 

Əyalət təmsilçiləri isə Lənkəranda münasibətlərini aydınlaşdırıblar. “Kəpəz”i qəbul edən “Xəzər Lənkəran” doğma azarkeşləri önündə qalib gəlib.

 

 

Azərbaycan kuboku

1/8 final

2 dekabr (çərşənbə)

 

“Qarabağ” – “Şəmkir” - 2:0

Qollar: Cavid Tağıyev, 72, Armenteros, 83

Hakimlər: Rəvan Həmzəzadə, Munis Abdullayev, Azər Əsgərov, Alik Yunusov
AFFA nümayəndəsi: Nüvər  Xasıyev
Hakim-inspektor: Əli Hüseynov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

“Qarabağ”: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 4. Eltun Yaqublu, 10. Dani Kintana, Azər Salahlı, 20. Riçard Almeyda, 77. Cavid Tağıyev, 23. Vladimir Dmitrovski, 32. Elvin Yunuszadə, 90. Samuel Armenteros, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 29. Raydell Pupon, 33. Eltun Turabov, 70. Çumbinyo, 99. Namiq Ələsgərov

Baş məşqçi: Qurban Qurbanov 

“Şəmkir”: 1. Şamo Həsənov, 4. Orxan Məmmədov, 3. Elnur Şiriyev, 32. Vüqar Əlibabayev, 22. Cavid Mirzəyev, 25. Qərib İbrahimov (k), 10. Qeyrət Qənbərov, 23. Sərxan Ağayev, 7. Bəhruz Teymurov, 55. Əziz Hüseynov, 11. İlham Allahverdiyev

Ehtiyat oyunçular: 12. Nicat Mahmudov, 17. Elmin İsmayılov, 20. Elsevər Bəkirzadə, 57. Anar Rzayev, 14. Vüqar İbrahimov, 15. Şahin Kərimov, 5. Elmin Həsənov

Baş məşqçi: Kamran Əlibabayev

 

“Neftçi” – “Qaradağ-Lökbatan” - 8:0

Qollar: Kaue da Silva, 5, Rəhman Hacıyev, 19, Elşən Abdullayev, 32, 62, Ruslan Qurbanov, 34, 52, Cavid İmamverdiyev, 38, Məhəmməd Qurbanov, 83

 

Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Rahil Ramazanov, Əmrah İbrahimov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Murad Məmmədov
8-ci km qəsəbə stadionu

“Neftçi”: 24. Miçal Peskoviç, 4. Rahil Məmmədov, 5. Xuan Alberto Melli, 6. Aylton Silva, 8. Elşən Abdullayev, 10. Cavid İmamverdiyev (k), 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 18. Kaue da Silva, 26. Kamal Qurbanov

Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 19. Fəhmin Muradbəyli, 21. Samir Məsimov, 14. Məhəmməd Qurbanov, 16. Əziz Quliyev, 7. Araz Abdullayev, 3. Filyo Jairo Rodriges

Baş məşqçi: Əsgər Abdullayev

“Qaradağ Lökbatan”: 28. Elçin Qasımov, 5. Vüsal İsmayılov (k), 15. Ramil Nuriyev, 20. Elmir Məmmədov, 27. Samir Əhmədov, 55. Tanrıverdi Məhərrəmli, 8. Emin Mustafayev, 4. Elxan Cəbrayılov, 9. Aslan Hüseynov, 10. Timur Dadaşov, 19. Rüfət Məmmədov

Ehtiyat oyunçular: 25. Ravil Məhəmmədov, 7. Anar Həsənov, 29. Cavid Muxtarzadə, 77. Eşqin Quliyev, 21. Əliqulu Mənəfov, 14. Elgiz Kərəmli, 30. Yasin Yaqubzadə

Məşqçi: Araz Əliyev

 

 

“Turan Tovuz” – “İnter” - 1:3

Qollar: Azər Məmmədov, 15 - Səbayel Bağırov, 5 (avtoqol), Laşa Kasradze, 24, Abbas Hüseynov, 27

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Vüqar Bayramov, Sərxan İsmayılov
AFFA nümayəndəsi: Elbrus  Abbasov
Hakim-inspektor: Məhəmməd  Məmmədov
Tovuz şəhər stadionu

“Turan Tovuz”: 12. Natiq Səhrətov, 5. Azər Məmmədov, 6. Sənan Qocayev, 7. Hafiz Əliyev (k), 8. Seymur Tağıyev, 10. Asəf Qədiri, 17. Aqşin Sadıqov, 20. Səbayel Bağırov, 21. Vüsal Qarayev, 22. Tuqay Alhüseynli, 29. Elsevər Əliyev

Ehtiyat oyunçular: 1. Mehman Hacıyev, 2. Elxan Alışanlı, 9. Akif Tağıyev, 11. İlkin Rzayev, 15. Fizuli Ocaqverdiyev, 16. Eyvaz Mərdanov, 28. Tapdıq Əliyev

Baş məşqçi: Nizami Sadıqov

“İnter”: 79. Giorgi Lomaya, 3. Xuan Fransisko, 4. Laşa Kasradze, 6. Laşa Salukvadze, 9. Limam Seydi, 10. Elnur Abdullayev, 17. Mirsahib Abbasov, 24. Fuad Bayramov, 30. Abbas Hüseynov, 77. Emilian Vila, 88. Abdulla Abatsiyev

Ehtiyat oyunçular: 96. Elşən Poladov, 12. Ruslan Əmircanov, 15. Stepan Polyak, 18. Mənsur Nəhavəndi, 20. Yuri Fomenko, 39. Elnur Süleymanov, 45. İlkin Sadıqov

Baş məşqçi: Zaur Svanadze

 

 

“Neftçala” – “Sumqayıt” - 0:1

Qol: Pərdis Fərcad - Azad, 89

Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Nahid Əliyev, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Abbas  Hüseynov
Hakim-inspektor: Füzuli  Nəcəfov
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu

“Neftçala”: 90. Ramil Kərimov, 5. Musa Rəhimov, 7. Nakim Vəliyev (k), 9. Fərmayıl Əliyev, 10. Aqşin Həşimov, 15. Aslan Hüseynov, 17. Vaquf Güləliyev, 21. David Janelidze, 38. Mübarək Şaquliyev, 45. Mehman Məmmədov, 99. Cəmil Rəhimli

Ehtiyat oyunçular: 13. Əli Həsənli, 4. Ramazan Həsənov, 6. Fərid Səmədzadə, 8. Aqşin Muxtaroğlu, 11. Anar Babayev, 24. Elnur Mustafazadə, 77. Emin Mirzəliyev

Baş məşqçi: Kamal Quliyev

“Sumqayıt”: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 6. Mikayıl Rəhimov, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov (k), 25. Ayaz Mehdiyev, 29. Amil Yunanov, 39. Emin Mehdiyev, 55. Ağabala Ramazanov

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 7. Pərdis Fərcad-Azad, 8. Nuran Qurbanov, 9. Mirzağa Hüseynpur, 22. Tofiq Mikayılov, 23. Tural Rzayev, 99. Əli Əlimərdanlı

Məşqçi: Vəfadar Quliyev

 

AZAL – “Zirə”- 1:2

Qollar: Aleksandr Quruli, 90+3 - Nelson Bonilla, 30, 87

Qırmızı vərəqə: Emin Cəfərquliyev, 60

Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Vüsal Qənbərov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Məlik Həsənov
“AZAL Arena”

AZAL: 1. Amil Ağacanov, 3. Tural Hümbətov, 15. Rüfət Musayev, 5. Kamil Hüseynov, 24. Emin Cəfərquliyev (k), 6. Tagim Novruzov, 22. Kamal Mirzəyev, 11. Ruslan Nəsirli, 7. Tərlan Xəlilov, 28. Müşfiq Teymurov, 19. Məhəmməd Bədəlbəyli

Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 9. Aydın Qasımov, 33. Əfqan Poladlı, 51. Fuad Bayramov, 14. İlqar Ələkbərov, 27. Aleksandr Quruli, 20. İsmayıl İbrahimli

Baş məşqçi: Tərlan Əhmədov

“Zirə”: 85. Kamal Bayramov, 39. Sadiq Quliyev, 2. Çimezi Mbah, 13. Aleksandr Şemonayev, 77. Ruslan Poladov, 8. Tərzin Cahangirov, 6. Hacı Əhmədov, 32. Luis Alberto Diez, 27. Rəşad Abdullayev (k), 66. Eduardo Makiel, 9. Nelson Bonilla

Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 11. Viktor İqbekoyi, 19. Nurlan Novruzov, 7. Rihairo, 4. Ruslan Cəfərov, 96. Elgün Nəbiyev, 14. Tellur Mütəllimov

Baş məşqçi: Adil Şükürov

 

“Xəzər Lənkəran” – “Kəpəz” - 1:0

Qol: Kamran Abdullazadə, 13

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Mehman Mahmudov, Etibar Həsənov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Vüsal Əliyev
“Xəzər Lənkəran” mərkəzi stadionu

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 5. Fərid Əsədov, 8. Elşən Rzazadə, 11. Kazım Kazımlı, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov. 32. Zaman Mirzəzadə, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli

Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 41. Hüseyn Xəlilzadə, 77. Əli Əliyev, 79. Namiq Qocayev

Baş məşqçi: Yunis Hüseynov

“Kəpəz”: 88. Tadas Simaitis, 13. Şəhriyar Rəhimov, 15. Azad Kərimov, 3. Tərlan Quliyev, 18. Tural Axundov (k), 5. Kərim Diniyev, 68. Rəşad Eyyubov, 27. Bəxtiyar Soltanov, 23. Tural Nərimanov, 80. Tural Rzayev, 19. Aleksandr Sitnik

Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 90. Julien Ebah, 7. Junior Osvaldo, 8. Budaq Nəsirov, 6. Ceyhun Cavadov, 9. Murad Ağakişiyev, 4. Elvin Cəbrayıllı

Baş məşqçi: Şahin Diniyev

0