[b]Dünya futbolunda yeni qurum[/b]
02.12.2015 - 09:28
[b]Dünya futbolunda yeni qurum[/b]

Peşəkar Futbol Liqalarının yeni təşkilatı yaradılır. Apasport.az saytının məlumatına görə, bütün dünya ölkələrini əhatə edəcək qurumun artıq 2016-cı ilin yanvarından fəaliyyətə başlayacağı planlaşdırılıb.

 

Bu barədə qərar aparıcı futbol liqalarının forumunda qəbul olunub. Fransanın paytaxtı Parisdə baş tutan görüşün nəticələrinə əsasən Fransa, İspaniya, İngiltərə və daha 20 ölkənin futbol liqaları yeni assosiasiyanın yaradılması üzrə işlərə start verəcək. Onlar bunu FİFA ilə sıx əlaqədə gerçəkləşdirəcək.

 

Fransa Peşəkar Futbol Liqasının prezidenti Frederik Tirye yeni qurum haqda fikirlərini bildirib: “Bütün dünyanın futbol liqaları FİFA-nın bərpasına kömək etmək istəyir. Beynəlxalq futbol təşkilatları xəstələnib, amma futbolu özü hələ ölməyib. Bizim təcrübə FİFA üçün də faydalı olacaq”.

 

Qeyd edək ki, 2005-ci ildə yaranan Avropa Peşəkar Futbol Liqası (EPFL) neçə illərdi fəaliyyət göstərsə də, bütün dünyanı əhatə edən belə bir qurum indiyədək yoxdu. 2013-cü ildən EPFL-a üzv olan Azərbaycan Peşəkar Futbol Liqasının yeni quruma da qoşulacağı mümkündü.

 

0