Topaz Premyer Liqasının XV turu “qış çempion”unun adına aydınlıq gətirə bilər. Apasport.az saytının məlumatına görə, mövsümün ilk yarısının sonuna 4 tur qalmış izləyicilərindən 8 xal öndə olan “Qarabağ” 2015-ci ili zirvədə tamamlamağa yaxındı.
Bunun üçün 3 oyunun nəticəsi Ağdam təmsilçisinə sərf edəcək nəticə ilə başa çatmalıdı. İlin sonuna 3 tur qalmış “qış çempion”luğunu təmin etmək üçün Qurban Qurbanovun yetirmələri ilk növbədə 2-ci pillədə olan “İnter”i məğlub etməlidi. Amma təkcə bu şərt yetərli deyil.
Çünki “Qarabağ”a çatmaq şansı olan “Qəbələ” ilə “Zirə” də uduzmalıdı. Əyalət klubu “Xəzər Lənkəran”la, “Zirə” isə “Neftçi”ylə səfər qarşılaşmalarında xalsız qalsa, ağdamlılar fasiləyə lider kimi yollanacaq. Bu isə “Qarabağ”ın ardıcıl 3-cü belə uğuru olacaq.
Qeyd edək ki, “Qarabağ” son iki mövsümdə də ilk yarını zirvədə bitirmnişdi.