Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici komandalarının ölkə çempionatında XV tura start verilib. Apasport.az saytının məlumatına görə, bu gün 3 qarşılaşma baş tutub.
Lider “Qəbələ” autsayderlər zonasında qərarlaşan “Xəzər Lənkəran”ı hər hissədə vurduğu 1 qolla üstələyib. Bununla “Qəbələ” liderliyini bir qədər də möhkəmlədib.
“Qırmızı-qaralar”ın ən yaxın izləyicisi “Neftçi” bu turda büdrəyib. Paytaxt təmsilçisi debütant “Zirə” ilə görüşdə məğlubiyyətdən son dəqiqə qolu sayəsində qurtulub və 1 xala sevinib.
Ortabab komandalardan olan “Qarabağ”la “İnter”in qarşılaşmasında isə qolsuz bərabərlik qeydə alınıb.
Qeyd edək ki, turun “Rəvan” – AZAL və “Sumqayıt” – “Kəpəz” oyunları sabah keçiriləcək.
“Xəzər Lənkəran” – “Qəbələ” - 0:2
Qollar: Ramil Həsənov, 12; Muxtar Əliyev, 90
“Neftçi” - “Zirə” - 2:2
Qollar: Ömər Buludov, 42; Aqşin Qurbanlı, 90+4 (pen.) - Eltun Hüseynov, 66; Elgün Nəbiyev, 73
“Qarabağ” – “İnter” – 0:0