Dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində matəm elan olunub. Apasport.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bununla əlaqədar olaraq, Azərbaycan Premyer Liqasının XV turunun bütün oyunlarında futbolçular meydançaya qara sarğı ilə çıxacaq, matçlardan öncə 1 dəqiqəlik sükut elan olunacaq.
Apasport.az kollektivi adından qəzada həlak olanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.
Qeyd edək ki, baş vermiş qəzada 32 nəfər xilas olub, 1 nəfər həlak olub, 30 nəfər isə itkin düşüb.
Hazırda itkin düşənlərlə bağlı axtarış-xilasetmə tədbirləri davam edir.