[b]“Xəzər Lənkəran”, “Neftçi” və “Qəbələ” neftçiləri unutmadı - FOTOSESSİYA - YENİLƏNİB[/b]
06.12.2015 - 16:58
[b]“Xəzər Lənkəran”, “Neftçi” və “Qəbələ” neftçiləri unutmadı - FOTOSESSİYA - YENİLƏNİB[/b]

Topaz Premyer Liqasının XV turu çərçivəsində bu gün Lənkəranda baş tutan “Xəzər Lənkəran” – “Qəbələ” oyununda hər iki komanda meydana neftçi dəbilqələri ilə çıxıblar. Apasport.az saytının məlumatına görə, bu barədə cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu oyundan öncə öz feysbuk profilində yazmışdı.

 

Klub rəsmisinin paylaşımını diqqətinizə çatdırırıq: “Komandamız bu gün “Qəbələ” ilə oyunda bir dəqiqəlik sükut zamanı Günəşli yatağında həlak olanların xatirəsinə ehtiram olaraq, neftçi dəbilqələri ilə çıxacaq. (Qeyd edim ki, qonaq komanda da eyni addımı atacaq.)"

 

Eyni zamanda, “Neftçi”nin futbolçuları da oyuna dəbilqə ilə çıxaraq faciədə zərər çəkmişlərə öz dəstəyini göstərib.

 

Qeyd edək ki, dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yanğın baş verib. Faciə zamanı 32 nəfər xilas olub, 1 nəfər həlak olub, 30 nəfər isə itkin düşüb.

0