“Faciədə həlak olanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev deyib.
Topaz Premyer Liqasının XV turu çərçivəsində “Neftçi” öz meydanında “Zirə” ilə qarşılaşıb.
1:1 hesablı bərabərlikdən sonra “ağ-qaralar”ın baş məşqçisi matç haqqında fikirlərini bölüşüb: “Oyuna gəldikdə, əlbəttə ki qələbə qazanmaq istəyirdik. Amma nəticə istədiyimiz kimi alınmadı və 1 xalla kifayətlənməli olduq. Qol buraxmayan, məğlub olmayan komanda yoxdur. Bu gün qol buraxdıq və bu, bizə imkan yaradacaq ki, səhvlərimizi araşdırıb aradan qaldıraq. Kubokda qazanılan qələbə bizi rahatlaşdıra bilməz. Nə etmişik ki rahatlaşaq? “Neftçi” adına layiq olan yerdə deyil. Bu komanda üçün həmişə 2-ci, 3-cü yerlər faciə, 1-ci pillə isə adi hal kimi qəbul olunub”.