“Oyun gərgin keçdi, qələbə qazanmaq istəyirdik" - bunlar şablon sözlərdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.
Topaz Premyer Liqasının XV turu çərçivəsində öz meydanında “Qəbələ”yə yenilən cənubluların çalışdırıcısı matçı belə şərh edib: “Lakin ümumi götürsək, meydançada olan 16 yaşlı futbolçulardan razı qaldım. Düşünürəm ki, bizim 16 yaşlı futbolçularımız Avropa Liqasının qrup mərhələsində çıxış edən futbolçulardan qat-qat yaxşı oynadılar. Məncə, oyun ərzində 2 penaltimiz verilmədi. Bəlkə də səhv edirəm, bununla bağlı baxıb qərar çıxararlar”.