“Mən gözləmirdim ki, “Xəzər Lənkəran” zəif oynasın. Rəqibimiz öz meydançasında həmişə güclü çıxış edib”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Topaz Premyer Liqasının XV turu çərçivəsində səfərdə “Xəzər Lənkəran”la qarşılaşan “qırmızı-qaralar”ın çalışıdırıcısı minimal hesablı qələbəni belə dəyərləndirib: “Biz Lənkəranda iki oyuna çıxmışıq. Hər iki qələbəni çox güc sərf etmək hesabına qazanmışıq. Cənub komandasının heyətində çox sürətli oyunçular var. Bütün bunlara baxmayaraq, əsas məsələ qələbə qazanmaq idi, bunu da bacardıq. Biz bir müddətdir ki, qələbə qazana bilmirdik və bu, müəyyən narahatlıq yaradırdı. Sevindirici haldır ki, 3 xal əldə etdik”.